Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 15/100
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. İmran Heydərəli oğlu Hüseynəliyev 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Qarat Şahnəzər oğlu Qaratov 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27.01.2020-ci il
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.