Ömrünüzün “üçüncü
baharı” fərəhlə keçsin
BMT-nin Əhali Fondu (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçiriblər.
Tədbirdə layihənin yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmalarına dəstək məqsədi daşıdığı vurğulanıb. Bu layihə çərçivəsində əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.
Sözügedən tədbirdə layihənin icraedici tərəfdaşı "Üçüncü bahar” İB-nin təmsilçisi Nərmin Qəniyeva, BMTƏF-in layihə meneceri Nailə Cəfərova, təlimçi Elçin Əzimli çıxış ediblər. E.Əzimli özünün "Dan ulduzu” kitabına əsaslanaraq qeyd edib ki, emosional intellekti inkişaf etdirməklə fərdlərarası münasibətlərdə özünəinamın güçləndirilməsinə nail olmaq mümkündür.
Tədbir emosional intellektə dair praktik məşğələlərlə
davam etdirilib. Müzakirələrdə dinləyicilər fikir və rəylərini bildiriblər.
Qeyd edək ki, BMTƏF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
həyata keçirilən
bu layihə pensiya yaşına çatmış şəxslərin
ömürlərinin sonrakı
hissəsində də
fəal və sağlam həyat tərzi keçirməsini
təmin etmək məqsədilə müxtəlif
dəstəkləyici və
inklüziv tədbir və proqramların tətbiqini nəzərdə
tutan innovativ sosial təşəbbüsdür.
Layihə çərçivəsində
ölkənin ilk fəal
yaşlanma indeksinin hazırlanması, yaşlı
əhali ilə ölkə boyu ictimai görüşlərin
keçirilməsi, fəal
yaşlanma ilə bağlı maarifləndirmə
və təşviqatın
aparılması, ahıllar
üçün nəzərdə
tutulan bir sıra fəaliyyətlərin
həyata keçirilməsi
də nəzərdə
tutulur.
2019-2021-ci
illəri əhatə
edən layihə
"ASAN” xidmət, Dövlət
Statistika Komitəsi,
DOST Agentliyi və
"Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq şəraitində
icra edilir.
Nəzakət
ƏHMƏDOVA
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 4.