Şirin Nexamiya Mixaeli: Parlament seçkilərindən
sonra Azərbaycan daha da güclənəcək
Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün Azərbaycanda baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında "Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və "İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib.
"Azərbaycan daim güclənən və inkişaf edən ölkədir. Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”, - deyən Şirin Nexamiya Mixaeli bildirib ki, Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir.
O, yeni formalaşacaq
parlamentin Azərbaycanın
inkişafının daha da
sürətlənməsinə töhfə verəcəyinə
əminliyini ifadə edib.
Azərbaycan.- 2020.- 29 yanvar.- S. 3.