Qoy var olsun yaradan əllər...”

 

Atatürk parkı bakılıların sevimli istirahət məkanıdır

 

Bakının ildən-ilə, aydan-aya dəyişməsi bura ziyarətə axın-axın gələn əcnəbi turistlərin marağını çəkməkdədir. Tarixlərin mədəniyyətlərin qovuşduğu paytaxt şəhər onun sakinlərinin gözlərində birə-min böyüyür, gözəlləşir. Şəhərin panoramasına Yasamal rayonundakı Dağüstü parkdan baxanda inana bilmirsən ki, beş-on ilin içərisində şəhər belə dəyişərmiş.

Bakını bu gün hər kəs sevir, yalnız son illər göylərin ənginliklərinə boylanan "Alov qüllələrideyil, həm yeni salınan, yaşından asılı olmayaraq hər kəsin dinclik tapdığı, istirahət etdiyi park xiyabanları, səliqə-sahmanlı küçə, ticarət mərkəzləri "mini-market”ləri ilə .

Ötən ilin may ayında təmirə bağlanan "Atatürkparkı da belə məkanlardandır. Xatırladaq ki, parkın təmirdən əvvəlki antisanitar vəziyyəti ətraf ərazilərdə yaşayan vətəndaşları qədər narahat edirdisə, yenidənqurma işlərindən sonra sakinlərin sevincinə səbəb oldu.

Bu da paytaxtın Nərimanov rayonu ərazisindəki Atatürk prospektində yerləşən, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan park. Əsaslı təmir-bərpa işləri paytaxt sakinlərinin istək arzuları nəzərə alınmaqla, Bakı şəhəri Nərimanov Rayon İcra hakimiyyətlərinin birgə həyata keçirdiyi layihə əsasında aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 1-də parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 6 hektardan artıq olan bu istirahət məkanında bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq xüsusi guşələr, uşaq əyləncə trenajor qurğuları, həmçinin konsert meydançası yaradılıb.

Burada sakinlərin rahat şəkildə istirahət etmələri üçün velosiped qaçış zolaqları, eləcə axşam saatlarında parkın xüsusi zövqlə işıqlandırılması göz qamaşdırmır, əksinə göz oxşayır.

Bu, şəkillərdən görünən mənzərə metronun "Gənclikstansiyasının yaxınlığında, bir vaxtlar uçuq-sökük "Şuşakino-teatrı yerləşən - iki yolun arasında baxımsızlığı ilə yadda qalan, bu gün isə əsl istirahət əyləncə məkanı olan Atatürk parkıdır. Ona görə deyirlər: "Qoy var olsun yaradan əllər...”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 29 yanvar.- S. 6.