“OPEC+” çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır

 

Prezident İlham Əliyevin 5 il öncə irəli sürdüyü təşəbbüs OPEC-in fəaliyyətində yenilik və möhkəm birlik yaradıb

 

Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycan Avrasiyada əsas neft-qaz ixracatçısı kimi nüfuzunu getdikcə yüksəltməkdədir. Bunu həyata keçirməklə ölkəmiz Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Eyni zamanda regionun lider dövlətlərindən birinə çevrilməklə həm bölgədə, həm də dünya miqyasında öz sözünə və sanbalına malik dövlət kimi inkişaf etməkdədir.

Ümummilli Lider Heydər Əliyevin dühası ilə reallığa çevrilən, Prezident İlham Əliyevin xarici diplomatiyası ilə daha da qüdrətlənən neft sənayesi müstəqilliyimizin təməl daşı hesab olunur.

 

Azərbaycan OPEC əməkdaşlığı

 

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə fəal əməkdaşlıq edir. 2016-cı ilin dekabrından isə OPEC və qeyri-OPEC ölkələrinin neft istehsalçıları neft hasilatını azaltmaq məqsədilə imzaladıqları tarixi bəyannamədən sonra əlaqələr daha da inkişaf etməyə başlayıb.

Neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılan OPEC-ə əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975­1994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Yanvarın 20-24-də Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüş zamanı 4 il öncə imzalanan tarixi bəyannamədən söz açılıb.

Baş katib bildirib ki, bu bəyannamə məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşıb: "Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Sizdediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdikonu eyni bazarlara satırdıq”.

 

Cənab İlham Əliyevin təklifi və 24 ölkənin imzaladığı bəyannamə

 

Baş katibin dediyi kimi, həmin zaman bazarda neftin qiyməti 80 faizdən çox aşağı düşmüşdü, təxminən 30 dollar ətrafında idi. Azərbaycan Prezidentinin uzaqgörən rəhbərliyi, çağırışı nəticəsində OPEC üzvləri və üzv olmayan ölkələr birgə fəaliyyətə başlayıblar. 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə imzalayıb.

Bu tarixi hadisəni Məhəmməd Barkindo belə dəyərləndirib: "Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizinqeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır”.

Cənab İlham Əliyev isə vurğulayıb ki, Davosda bu məsələ ilə bağlı çıxış yolu axtarılanda öz təklifini irəli sürübbu da qurumun rəhbərliyi tərəfindən müsbət qarşılanıb: "Davosda mənə bu məsələ ilə bağlı nə etmək lazım olduğu barədə sual verildi və mən bu təklifi irəli sürdüm. Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olanüzv olmayan ölkələr, böyükkiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir və "OPEC+” formatında görüşlərin birinin Bakıda keçiriləcəyi ilə bağlı müsbət qərar bu əməkdaşlığı daha da gücləndirəcək.

Elə Davos Forumu çərçivəsində Rusiyanın "Rossiya-24” televiziya kanalına müsahibəsində də cənab İlham Əliyev məhz bu mövzu ilə bağlı maraqlı fikir və təkliflərini səsləndirib. Dövlət başçısı ilk növbədə hesab edir ki, bu gün dünyada neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatı "OPEC+”dur. Çünki neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir.

 

"OPEC+” sazişinin müddətinin uzadılması məqsədəuyğundur

 

Cənab İlham Əliyev "OPEC+” sazişinin müddətinin uzadılmasını da müsbət addım hesab edir: "Bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var”.

Azərbaycan Prezidenti eyni zamanda söyləyib ki, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Lakin narahatedici məsələlər də var. Bu da regionumuzda gərginliyin artmasıdır. Lakin bu prosesdə müsbət dinamika da görünür: "Əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edirregional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir”.

Yaxın Şərqdə müşahidə olunan gərginliyi nəzərə almaqla bu il neftin qiymətində hansı dinamikanı gözləmək olar? - sualına cavabında isə Azərbaycan Prezidenti vurğulayıb ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, "OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Azərbaycan üzərinə götürdüyü öhdəliklərlə əlaqədar hasilatı azaldır və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də "OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır.

Göründüyü kimi, cənab İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Azərbaycan Prezidenti dünyada çox az təsadüf edilən liderlərdəndir ki, irəli sürdüyü proqram xarakterli təşəbbüslər tezliklə reallığa, böyük layihələrə çevrilir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 1; 3.