Azərbaycanın
və Ermənistanın Xarici İşlər
nazirlərinin görüşü yeddi saat davam
edib
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilən görüşü yeddi saat davam edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.
Yanvarın 30-da danışıqların
növbəti raundu keçiriləcək.
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 3.