Mərkəzi Seçki Komissiyasının növbəti
iclası olub
Yanvarın
29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilib.
MSK
Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın
2020-ci il yanvarın 19-da keçirilmiş iclasının
protokolu təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
"exit-poll” keçirilməsi niyyəti ilə "Rəy
Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
və "İnsan Hüquqları XXI Əsr - Azərbaycan”
Fondu (Fransa Respublikasının "Opinion Way” Sosioloji Tədqiqatlar
İnstitutu ilə birlikdə) tərəfindən MSK-ya
ünvanlanan müraciətlərə baxılıb. Komissiya
üzvlərinin geniş müzakirəsindən sonra
sözügedən qurumların Milli Məclisə seçkilərdə
"exit-poll” keçirmək üçün qeydə
alınmalarına qərar verilib.
Daha
sonra qarşıdan gələn seçkilərlə əlaqədar
Azərbaycan Ümid Partiyası tərəfindən təqdim
olunan şəxslər səlahiyyətli nümayəndələr
kimi qeydə alınıb.
Komissiyanın
iclasında Milli Məclisə 2020-ci il fevralın 9-da
keçiriləcək seçkilərdə təşviqat
qaydalarının pozulması iddiası ilə daxil olan
müraciətə də baxılıb və aparılan
müzakirələrdən sonra qanunvericiliyin tələblərinə
uyğun, əsaslandırılmış qərar qəbul
edilib.
Beynəlxalq
müşahidə missiyaları, xarici qurumlar və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda, həmçinin 9 fevral Milli Məclisə
seçkilərlə bağlı cari məsələlərə
baxılıb.
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 4.