İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondunun 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü Fransa Respublikasının “Opinion WaySosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 16/103

 

"İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə səsvermə günü Fransa Respublikasının "Opinion WaySosioloji Tədqiqatlar İnstitutu ilə birgə "exit-poll” keçirmək niyyətində olduqlarını bildirmişbu məqsədlə qeydə alınmasını xahiş etmişdir.

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, həmin təşkilatın qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə "exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqdim edilmiş sənədlər Qaydaların tələblərinə cavab verdiyindən "İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondunun akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adı çəkilən Qaydaların 2.3-cü bəndinə əsasən qərara alır:

 

1. "İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondu 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü Fransa Respublikasının "Opinion WaySosioloji Tədqiqatlar İnstitutu ilə birlikdə "exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

29.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 5.