2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 16/104

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Azərbaycan Ümid Partiyası Ali Məclisinin sessiyasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

Səidə Bahadur qızı Hüseynova

 

Tahir Güllər oğlu Əsgərov

 

Davud Kamil oğlu Heydərov

 

Samid Əfrail oğlu Kəlbiyev

 

Ələkbər Qüdrət oğlu Sadıqov

 

Elvin Elşad oğlu Bayramlı

 

Rahim Saleh oğlu Ağayev

 

Tural Aslan oğlu Əliyev

 

Adıgözəl Əbülhəsən oğlu Haxverdiyev

 

Nicat Aslan oğlu Əliyev

 

Teymur Mahir oğlu Əliyev

 

Cabir Müseyib oğlu Əhmədov

 

Kərim Eldar oğlu Qasımov

 

Vəzir Ataxan oğlu Gülalıyev

 

Qüdrət Ələkbər oğlu Sadıqov

 

Əlvan Cankişi oğlu Kərimov

 

Ağabəy Valid oğlu Həmidov

 

Mehriban Kamil qızı Heydərova

 

Şahsuvar Əslan oğlu Seyranlı

 

Yaqut Mövlam qızı Baxışova

 

Şirin Bəydadaş oğlu Şixaliyev

 

Barat Həbulla oğlu Abdullayev

 

Niyazi Ataxan oğlu Gülalıyev

 

Cavid Vahid oğlu Əhədov

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

29.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 5.