“TAP boru kəməri Cənub-Şərqi Avropa ölkələri üçün
mühüm əhəmiyyət
daşıyır”
"Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır”. AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati Vyanada keçirilən ənənəvi Avropa Qaz Konfransında (European Gas Conference) deyib.
"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP təbii qaz boru kəməri layihəsinə dair fikirlərini bölüşən L.Schieppati bildirib: "TAP enerji istehlakının ağır fosil yanacaqlarından həddən çox asılı olduğu Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyət daşıyır. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) və potensial İonik-Adriatik boru kəməri (IAP) əlaqələri ilə TAP layihəsi üzrə əlavə 10 milyard kubmetr təbii qaz nəql oluna bilər. TAP-ın tikintisi qrafik üzrə davam edir və işlərin 91 faizi yekunlaşıb. "Saipem” şirkətinin "Castoro 6” borudüzən gəmisi artıq İtaliyadadır və gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə dənizin 800 metr dərinliyində boruları inşa edəcək”.
Qeyd edək ki,
"Cənub qaz dəhlizi” dünyada inkişaf etdirilən
ən kompleks təbii qaz
boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa
İttifaqı üçün prioritet enerji layihələrindən
biri olan "Cənub qaz dəhlizi”nin seqmentlərini "Şahdəniz-2”,
Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil
edir. "Cənub qaz
dəhlizi” dünya neft-qaz
sənayesində bu vaxtadək olan ən mühüm və
iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri,
o cümlədən 7 hökuməti və
11 şirkəti özündə əhatə edən mürəkkəb
bir hədəfdir.
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 6.