“Aqrar İnkişaf
Könüllüləri” yeni layihəyə start verib
"Aqrar
İnkişaf Könüllüləri” təşkilatı
yeni layihəyə start verib. "Gənc Əkinçilər”
adlanan layihənin əsas məqsədi bitkilərə
düzgün aqrotexniki qulluq, gübrələrdən istifadə
qaydaları, bitki zərərvericilərinə və xəstəliklərinə
qarşı mübarizə tədbirləri barədə gənclərin
maarifləndirilməsinə nail olmaqdır.
Lənkəran
şəhər Dövlət Aqrar İnkişaf Mərkəzində
(DAİM) layihənin açılış mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan
DAİM-in direktor müavini Alim Məmmədov ölkədə
aqrar sahədə aparılan islahatlar barədə məlumat
verib. O, dövlət tərəfindən insan
kapitalının inkişafına göstərilən dəstək
fonunda gənclərin şəxsi inkişaf meyillərini,
bilik və bacarıqlarını daha da artırmasının
vacib olduğunu qeyd edib.
Layihənin
ilk günü iştirakçılar "Toxum emalı və
toxumun saxlanılması qaydaları”, "Aqrar sahəyə
dövlət dəstəyi və aqrar subsidiya qaydaları”
mövzularında təlimlərdə iştirak ediblər.
İkinci gün isə "Əkin və suvarma sistemləri”,
"Bitki zərərvericilərinə və xəstəliklərə
qarşı mübarizə”, "Bitkilərə düzgün
aqrotexniki qulluğun edilməsi və gübrələrin
verilməsi” mövzularında təlimlər keçirilib.
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 6.