Parlament seçkiləri Azərbaycanda
həyata keçirilən genişmiqyaslı islahatların tərkib
hissəsidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycanda
qarşıdan gələn növbədənkənar parlament
seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın
ictimai-siyasi həyatında mühüm hadisə olduğu
bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin
qeydə alınmasının, müşahidəçilərin
fəal iştirakının önəmi vurğulanıb, bu
proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda həyata keçirilən genişmiqyaslı
islahatların tərkib hissəsi kimi dəyərləndirilib.
Dövlətimizin başçısı qeyd
edib ki, Azərbaycan rəhbərliyi
seçki prosesinin ədalətli,
şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq
standartlara uyğun
şəkildə keçirilməsi üçün
lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 1.