“Azərbaycan
Respublikasında quş qripi
xəstəliyinin qarşısının alınması və
bu sahədə bütün
qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi
üzrə Dövlət Komissiyasının yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 159, ¹ 7, maddə 588, ¹ 9, maddə 790; 2009, ¹ 2, maddə 74; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2019, ¹ 2, maddə 295) 1-ci hissəsindən "Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri” sözləri çıxarılsın və həmin hissədə "Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri” sözləri "Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, "direktoru” sözü "sədri” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 yanvar 2020-ci il
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 2.