“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1605-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1346 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 5, maddə 402; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 7, maddələr 1334, 1337; 2019, ¹ 8, maddə 1389) 2.1-2-ci bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 yanvar 2020-ci il
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 2.