2020-ci il fevralın 9-na təyin edilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
28 yanvar 2020-ci il tarixli 39 saylı müraciətə
baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 17/108
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxşəliyev Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhmədli Dadaş Rəşid oğlu və digərləri 28 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması ilə əlaqədar ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-1.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır.
Vəsatət onunla əsaslandırılmışdır ki, müraciətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi və müvafiq qərar qəbul edilməsi üçün müraciətə əlavə olunmuş video-materialın Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən mətbuat qrupu təmsilçilərinin də iştirakı ilə birgə araşdırılması məqsədilə müddətin artırılması zəruridir.
Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırılma aparılması üçün müddət 3 gün artırılmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxşəliyev Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhmədli Dadaş Rəşid oğlu və digərlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 yanvar 2020-ci il tarixli 39 saylı müraciətinin araşdırılması müddəti 3 gün artırılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30.01.2020-ci il
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 4.