Gənclər və
İdman naziri Cəlilabadda
vətəndaşları qəbul edib
Yanvarın 30-da Gənclər və İdman naziri Azad Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 14-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən Gənclər evinin, yeni idman qurğularının tikintisi, qurğuların idman avadanlığı ilə təmin edilməsi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin
qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi
bildirilib, digər bir qismi isə baxılması üçün
icraya yönəldilib.
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 5.