Noyabr qələbəsi
Ağdaban faciəsinin qisasını
aldı
1993-cü ilin əvvəllərində Azərbaycanda daxili vəziyyət son dərəcə kəskinləşmişdi. Dövlət idarəçiliyində yol verilən nöqsanlar, səriştəsizlik, ambisiyalar həm Ermənistanın Azərbaycandan ərazi iddiasına qarşı aparılan xarici siyasəti məhdudlaşdırırdı, həm də mərhələlərlə dövlət çevrilişinə yaxınlaşdırırdı. Orduda mövcud özbaşınalıq, vahid komandanlığın olmaması, ordu rəhbərliyində də, yerli özünümüdafiə taborlarında da bu və ya digər yollarla rəhbərliyə gətirilmələr dövlətçilik üçün real təhlükə yaratmışdı. AXC - Musavat cütlüyü isə bu problemləri həll etmək iqtidarında deyildi.
Regionda hərbi vəziyyət
gərginləşmişdi. Dövlətin hərbi
köməyi olmadığına görə kəlbəcərlilər,
Kəlbəcərin yerli müdafiə taboru həmin vaxtlarda
imperiyanın hərbi yardımından kifayət qədər
bəhrələnən Ermənistanın silahlı birləşmələrinin
hücumlarının qarşısını ala bilmək gücündə deyildi.
Düşmən hələ 1992-ci il aprel ayının 8-də rayonun
Ağdaban kəndində böyük
faciə törətmişdi - 39 nəfər kənd sakinini öldürmüşdü,
5 nəfəri
girov götürmüşdü, 100-dən artıq evi
yandırmışdı. Düşmən
Azərbaycan dövlətinin daxili siyasətdə
üzləşdiyi kəskin qarşıdurmalardan, dövlətin
əraziyə mümkün yardımlar etməməsindən
(bəlkə də etmək istəməməsindən) istifadə
edərək mart ayının 27-dən
Kəlbəcərə genişmiqyaslı hücuma
başladı. 1993-cü
il aprelin
2-də rayon Ermənistan ordusu tərəfindən işğal edildi. 511 nəfər kəlbəcərli
şəhid oldu, 231 nəfər itkin düşdü. 172 mədəniyyət
obyekti,
1 muzey və çoxlu tarixi abidələr dağıdıldı. İşğal zamanı və işğaldan sonra meşələrin sistemli
şəkildə, məqsədyönlülüklə
yandırılması rayona
qarşı ekoloji
terror idi, bu işğal mahiyyəti etibarilə Xocalı faciəsinin davamı oldu.
Kəlbəcərin işğalından
sonra BMT-nin Təhlükəsizlik Şurasının
qəbul etdiyi 822 saylı qətnamədə
qeyd edilirdi ki, bütün işğalçı qüvvələr
Kəlbəcərdən, eləcə
də Azərbaycanın
işğal olunmuş
digər rayonlarından
dərhal çıxarılmalıdır.
Havadarlarına arxalanan Ermənistan
beynəlxalq təşkilatın
bu qətnaməsini də yerinə yetirmədi.
Prezident
İlham Əliyev Kəlbəcərin azad
edilməsi münasibətilə
xalqa müraciətində
dedi: “Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi
edərək hakimiyyətə
gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini
möhkəmləndirmək, ölkəmizdə repressiyalar
təşkil etmək,
senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı. Azərbaycan
Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi
güdürdülər ki,
öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin
etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar.
Kəlbəcərin işğal altına
düşməsi bax,
bu çirkin addımların nəticəsi
idi”.
Kəlbəcərin erməni işğalından
azad edilməsi təkcə kəlbəcərliləri
deyil, hər birimizi sevindirdi. Bu qələbə həm də xalqla Müzəffər Ali Baş
Komandanın və ordunun qırılmaz və möhtəşəm
birliyinin təzahürüdür.
2 aprel tarixinin yaralarının ağrı-acılarını
25 noyabr tarixi unutduracaq. Kəlbəcərdə
qələbəmizi Prezident,
Müzəffər Ali Baş
Komandan
İlham Əliyevin rəhbərliyi
ilə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı
islahatlar, müxtəlif
miqyaslı beynəlxalq
təlimlər və ordumuzun dünyanın ən güclü Silahlı Qüvvələrindən
biri olması təmin etdi.
Bunun nəticəsi olaraq
Vətən müharibəsində
möhtəşəm Zəfər
qazanıldı. Füzuli,
Cəbrayıl, Zəngilan,
Qubadlı rayonları,
Şuşa şəhəri, Hadrut qəsəbəsi və mühüm strateji əhəmiyyətli yüksəkliklər
işğaldan azad edildi. Təslim olan düşmən
birgə bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcərdən
çıxdı.
Ermənistan silahlı qüvvələrinin
Kəlbəcərdən çıxması
Prezident, qalib sərkərdə
İlham Əliyevin uzaqgörən,
düşünülmüş, düzgün taktika və strategiyasının
parlaq nəticəsinin
təzahürüdür. Bu Zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər
və zabitlərinin doğma torpaqlarımız
uğrunda yüksək
hərbi peşəkarlıq,
tükənməz Vətən
sevgisi və qəhrəmancasına vuruşmalarının
əyanı nümunəsidir.
Kəlbəcərin azad edilməsi orada yerləşən tariximizin bizə qayıtmasıdır. Kəlbəcər rayonu ərazisindəki
memarlıq abidələrinin
əksəriyyəti Qafqaz
Albaniyası dövrünün
tarixidir.
Faşist ideologiyasının daşıyıcısı
kimi ermənilər Kəlbəcərdə qanunsuz
qazıntılar aparıb
və tapılmış
qiymətli tarixi əşyaları Ermənistana
daşıyıblar. Bu, təkcə Azərbaycana deyil, tarixə, bəşəriliyə xəyanətdir.
“Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında”
Azərbaycan Respublikası
Qanununun müddəalarının,
“Silahlı münaqişələr
zamanı mədəni
mülkiyyətin qorunması
haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il
protokolunun (Ermənistan
bu protokolun üzvüdür), “Arxeoloji
irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin
pozulmasıdır. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, bu
vandalizmi törədən
qaniçən düşmənin
xalqımıza vurduğu
maddi və mənəvi ziyana görə layiqli cəzasını alması
üçün dövlətimizin
əlaqədar qurumları
nüfuzlu beynəlxalq
təşkilatlarla birlikdə
bütün hüquqi
imkanlardan istifadə edəcək. Artıq bu
istiqamətdə işlər
davam etdirilir.
İşğaldan azad olunmuş ərazilərimizin yenidən
qurulması başlanılıb.
Kəlbəcər də
yenidən dirçələcək,
ermənilərin söndürdüyü
ocaqlar yenidən alışacaq. Kəlbəcərlilər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ona ikinci həyat verəcəklər.
Səbinə
XASAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan 2021.- 4 aprel.- S.3.