Cibuti Respublikasının
Prezidenti Zati-aliləri
cənab İsmail Ömər Gellehə
Hörmətli cənab Prezident,
Cibuti Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Cibutini ənənəvi dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir.
Sizin Bakıda keçirilən Qoşulmama
Hərəkatının XVIII Zirvə Görüşündə
iştirak etmək üçün Azərbaycana
səfərinizi, Sizinlə
görüşümüzü xoş təəssüratlarla
xatırlayıram.
Əminəm
ki, Azərbaycan-Cibuti əlaqələrinin daha da genişləndirilməsi,
istər ikitərəfli
qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində
qarşılıqlı etimad
və dəstəyə
əsaslanan əməkdaşlığımızın
davam etdirilməsi yolunda bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, dost Cibuti xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 aprel 2021-ci il.
Azərbaycan. - 2021.- 16 aprel.- S.1.