Peyvəndlərin effektiv olduğu təsdiqini tapır

 

 

 

Hazırda dünyanın əksər ölkələrində koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Tibb alimlərinin vaksinasiya ilə bağlı yekdilliklə gəldiyi nəticə odur ki, yalnız peyvənd sayəsində əldə olunan kütləvi immunitet insanları bu təhlükəli virusdan qoruya bilər.

 

COVID-ə qarşı hazırlanan peyvəndlər barədə aparılan araşdırmaların nəticələri müsbət çıxıb. Artıq ABŞ-da könüllülərin iştirakı iləOxford-AstraZenecapeyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib. Peyvəndin sınaqlarında əsasən ABŞ-da eləcə Çili Peruda 32 mindən çox könüllü iştirak edib. “AstraZenecapeyvəndi simptomatik COVID xəstəliyini dayandırmaqda 79 faiz insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib. Eyni zamanda bu peyvəndin tromboza səbəb olması aşkar edilməyib.  AstraZenecailə bağlı hərtərəfli araşdırma aparmış Avropa Dərman Agentliyi (EMA) insanların bu peyvəndin təhlükəsizliyinə faydasına əmin ola biləcəklərini bildirib.

 

Almaniya-Azərbaycan Radioloji Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev  bildirib ki, “AstraZenecapeyvəndinin həm virusa qarşı, həm virusdan sağaldıqdan bir müddət sonra tətbiqi zamanı müsbət təsirləri ilə bağlı aparılan elmi tədqiqatlara nəzər saldıqda bir daha onun yüksək effektivliyinin şahidi oluruq: “Bu tədqiqatların nəticələrinə əsasən müəyyən olunub ki, virusa yoluxub sağalan, amma aylarla onları incidən, yüngül qalıcı simptomlardan əziyyət çəkən insanlara da bu peyvəndlər çox müsbət təsir göstərir”.

 

Azərbaycanlı alim onu da vurğulayıb ki, sözügedən tədqiqatlarAstraZenecapeyvəndi ilə aparılsa da eyni nəticələr fərqli tədqiqatlardaBiontech/Pfizerpeyvəndi ilə aparılıb ki, bu da bir daha peyvəndlərin müstəsna rolundan xəbər verir.

 

Peyvəndlərin insan həyatı üçün bu qədər həyati əhəmiyyət kəsb etməsinə baxmayaraq, bir çox ölkə üçün əhalinin koronavirusa qarşı peyvəndlənmədə istifadə olunan vaksinlərin tədarükü hələ əlçatmaz olaraq qalır. Bu, vaksinlərin dövlətlər arasında qeyri-bərabərlik prinsipi ilə bölüşdürülməsinin nəticəsidir.

 

Xatırladaq ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olaraq bu sahədə mühüm işlərə imza atıb. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları, dekabrında isə BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bu il martın 23-də Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları ŞurasındaKoronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığının təmin edilməsiadlı qətnamə qəbul edilib.

 

Azərbaycan dövləti qısa zamanda ölkəmizə vaksin gətirilməsini təmin edib artıq yanvar ayının 18-dən etibarən əhalinin peyvəndlənməsinə başlanılıb.

 

Respublikamızın bütün bölgələrində uğurla həyata keçirilən vaksinasiya prosesi əhalinin peyvəndlənmədə həvəslə iştirakı bu sayı hər ötən gün sürətlə artırır.

 

Görünən odur ki, əhalinin böyük bir hissəsini vaksinasiya edərək virusun yayılma dinamikasını yoluxan şəxslərin ağırlaşmalarını minimuma endirmək məqsədi tez bir zamanda tam reallaşacaq.

 

Amma elə bu həssas məqamda arxayınlaşmamalı virusa qarşı daha diqqətli olmalıyıq. Mütəxəssislər dəfələrlə xəbərdarlıq edirlər ki, peyvənd vurdurmuş şəxslər maskadan istifadə etməli, sosial məsafə saxlamalı, gigiyena qaydalarını unutmamalıdırlar. Çünki peyvənd olunan şəxs xəstə ilə təmasda olacaqsa, virusa yoluxması mümkündür.

 

Peyvənd olunmamış şəxslər mütləq pandemiya şərtlərinə əməl etməlidirlər. Kütləvi yerlərdən uzaq durmalı, gizlin keçirilən yas, toy, nişan, ad günü kimi məclislərə qatılmamalı, sosial məsuliyyət nümayiş etdirərək bu kimi tədbirlər barədə aidiyyəti qurumlara xəbər verməlidirlər. Hazırda bütün müsəlman dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan günləri yaşanır. Amma pandemiyanın tələblərinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, dini inanclarımızla bağlı adət ənənələrimizin icrasında da müəyyən dəyişikliklər etməyə məcburuq. Sağlamlığımız naminə kütləvi iftar mərasimləri təşkil etməməli, eyni zamanda belə məclislərə qatılmamalıyıq.

 

Əminik ki, müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən xalqımız öz həmrəyliyi sayəsində hazırkı pandemiya çətinliyini geridə qoyacaq dini ayinlərini tezliklə əvvəlki qaydada icra edəcək.

 

 

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 5.