Azərbaycan-Qazaxıstan parlamentlərarası
əlaqələri müzakirə
olunub
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına səfəri çərçivəsində
Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, qazaxıstanlı spikeri salamlayan Milli Məclisin sədri ölkələrimiz
arasında münasibətlərinin
bir çox sahələri əhatə
etdiyini bildirib. O, Azərbaycanın Qazaxıstanla
münasibətlərə böyük
əhəmiyyət verdiyini
diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlətlərimiz arasında imzalanmış
sənədlər əməkdaşlığımız
üçün möhkəm
hüquqi bazadır. Türkdilli ölkələr
arasında bərqərar
olmuş strateji əlaqələr qardaş
ölkələrin əməkdaşlığının
daha da genişləndirilməsi
üçün əlverişli
zəmin yaradır.
Dövlətlərarası münasibətlərin inkişafında
Azərbaycan və Qazaxıstan parlamentlərinin
rolundan danışan Sahibə Qafarova hər iki ölkənin
qanunvericilik orqanlarında
mövcud olan dostluq qruplarının fəaliyyətini qeyd edib. Bildirib ki, qarşılıqlı
fikir mübadiləsi parlamentlərarası əməkdaşlığın
dərinləşməsinə və inkişafına kömək edir.
Azərbaycanın
44 günlük Vətən
müharibəsində əldə
etdiyi Qələbə
haqqında məlumat verən Milli Məclisin sədri deyib ki, artıq
münaqişə tarixə
qovuşub və Azərbaycan işğaldan
azad olunan ərazilərin bərpasına
başlayıb. Ermənistanın minalanmış ərazilərin
xəritəsini təqdim
etməkdən imtina etdiyini söyləyən Sahibə Qafarova bildirib ki, bu,
beynəlxalq humanitar hüququn prinsiplərinin pozulmasıdır, beynəlxalq
ictimaiyyət bu məsələdə Ermənistana
təsir göstərməlidir.
Görüşdə Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşımbayev Azərbaycanın bu ölkə üçün
çox mühüm və etibarlı tərəfdaş olduğunu
bildirib. O, ikitərəfli
əlaqələrin bütün
sahələrdə dinamik
inkişaf etdiyini, münasibətlərin daha
da dərinləşməsi
üçün geniş
imkanların olduğunu
qeyd edib.
Maulen Aşımbayev diqqətə
çatdırıb ki,
ali qanunvericilik orqanları arasında əlaqələrin inkişafı
digər sahələrə
də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq
doğuran məsələlərin
müzakirəsi baxımından
əhəmiyyətlidir. Qazaxıstan
Senatının sədri
Azərbaycanın Türk
PA-nın fəaliyyətinə
çox mühüm töhfələr verdiyini
də diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri
maraqlandıran digər
məsələlər barədə
də fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2021.- 16 aprel.- S. 3.