Milli Məclisin sədri: Azərbaycanla Özbəkistan arasında
əməkdaşlıq bütün
sahələrdə uğurla
inkişaf edir
Azərbaycanla Özbəkistan arasında
əməkdaşlıq bütün
sahələrdə uğurla
inkişaf edir.
AZƏRTAC
xəbər verir ki, bunu Milli
Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə Sankt-Peterburqda keçirilən
görüşdə söyləyib.
Görüşdə
Sahibə Qafarova iki ölkə arasında münasibətlərin
yüksək səviyyədə
olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış
sənədlər əməkdaşlığımızın
möhkəm hüquqi
bazasını təşkil
edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı
yüksək səviyyəyə
çatmasında ölkə
prezidentlərinin qarşılıqlı
səfərlərinin, aparılan
danışıqların əhəmiyyətli
rol oynadığını
vurğulayıb.
Parlamentin
sədri Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycan üçün
geridə qaldığını,
44 gün davam edən Vətən müharibəsində Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin
30 il işğal altında qalmış torpaqlarımızı azad etdiyini vurğulayıb. Azad olunmuş ərazilərdə
aparılan quruculuq işləri barədə
məlumat verən Milli Məclisin sədri təəssüflə
bildirib ki, Ermənistan bütün çağırışlara baxmayaraq,
beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini
Azərbaycan tərəfinə
verməkdən imtina
edir. O, beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymağa çağırıb.
Sədr Sahibə Qafarova ölkəmizdə pandemiya
ilə mübarizə
sahəsində görülən
işlər barədə
həmsöhbətinə məlumat
verib.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan-Özbəkistan münasibətlərinin
inkişafında parlamentlərin
rolunu vurğulayıb,
2013-cü ildə Azərbaycana
səfərini məmnunluqla
xatırlayıb. T.Narbayeva
Azərbaycan və Özbəkistan regionları
arasında əməkdaşlığın
genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2021.- 16 aprel.- S. 3.