Milli Məclis komitələrinin birgə iclası keçirilib

 

 

Aprelin 15-də Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsi ilə İctimai birliklər dini qurumlar komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

 

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədrinin müavini, İctimai birliklər dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəkiDini etiqad azadlığı haqqındaQanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqındaQanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

 

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən təsirlərdən mühafizəsinə xidmət edəcək.

 

Gündəlikdəki ikinci məsələni Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh edib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqındaQanunda dəyişiklik edilməsi ilə bağlıdır, sənəd uyğunlaşdırma xarakteri daşıyır.

 

Videokonfransda Milli Məclis sədrinin birinci müavini qanun layihəsində təsbit olunan norma qaydaların, xüsusən dini ekstremizmin təbliğinə siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, bununla bağlı qanunvericilikdə mülki cinayət məsuliyyəti mövcuddur, bu baxımdan müzakirəyə çıxarılan layihədə dəqiq mexanizmlərin nəzərdə tutulması müsbət haldır.

 

Komitələrin birgə iclasında aparılan müzakirələrdə Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Erkin Qədirli, Azay Quliyev, Cavanşir Paşazadə, Azər Badamov, Tahir Kərimli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qanunlara təklif olunan dəyişikliklərə müsbət münasibət bildiriblər.

 

Fikir mübadiləsindən sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

 

Videokonfransda İctimai birliklər dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitələrin üzvləri Sevinc Fətəliyeva, Sabir Hacıyev, Nurlan Həsənov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov iştirak ediblər.

 

 

Azərbaycan. - 2021.- 16 aprel.- S. 3.