XİN:
Ümid edirik ki, həmsədrlər yeni vəziyyətdə sülhün möhkəmlənməsi
istiqamətində mümkün
rollarına dair təkliflərini təqdim
edəcəklər
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun
həmsədrlərinin 2021-ci il 13 aprel tarixli
bəyanatına münasibət
bildirib.
Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib
ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Həmsədrlərin öz
bəyanatında Azərbaycan,
Rusiya və Ermənistan liderlərinin
2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatının icrası
istiqamətində tərəqqini
alqışlaması müsbət
qiymətləndirilməlidir. Eyni zamanda, qeyd
etməliyik ki, həmsədrlərin bəyanatının
əksər hissəsi
yeni postmünaqişə
dövrü üçün
ən mühüm məsələlərə deyil,
daha çox bir sıra digər
fikir və elementlərə həsr olunub.
Vətən müharibəsində əldə
olunmuş Qələbə
nəticəsində yaranmış
reallıqda Azərbaycan
tərəfinin mövqeyi
bəllidir. Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin
təsirinə məruz
qalmış ərazilərimizin
bərpası, yenidən
qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində
və münaqişənin
təsirinə məruz
qalmış bütün
ərazilərində bərpa
ediləcək Azərbaycan
Respublikasının konstitusion
qaydası çərçivəsində
həmin ərazilərdə
məskunlaşmış bütün,
o cümlədən erməni
əsilli Azərbaycan
vətəndaşlarının etnik, dini və
ya digər hər hansı mənsubiyyətindən asılı
olmayaraq, bərabərhüquqluluğunun
təmin edilməsi daxildir. Eyni zamanda, münaqişənin
həlli Azərbaycanla
Ermənistan arasında
dövlətlərin suverenliyi,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığı
prinsipləri əsasında
normal əlaqələrin
qurulması üçün
perspektiv yaradır.
Ümid
edirik ki, həmsədrlər Azərbaycan
Respublikası Prezidentinin
çağırışına uyğun olaraq özlərinin yaranmış
yeni vəziyyətdə
sülhün möhkəmlənməsi
istiqamətində mümkün
rollarına dair təkliflərini müəyyənləşdirəcək
və təqdim edəcəklər”.
Azərbaycan. - 2021.- 16 aprel.- S. 3.