Lənkəranda müharibə nəticəsində psixoloji problemlər yaşayan bölgə vətəndaşlarına psixoloji yardım göstərilir

 

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi.

 

Həm birinci, həm ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanların ailələri, qazilər, müharibədən fiziki mənəvi əziyyət çəkən insanlar hər zaman dövlətimizin başçısının diqqət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, onların zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq psixoterapevtlər nazirliyin mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasını paytaxt sakinləri ilə yanaşı, aprelin 5-dən etibarən Lənkəran şəhərində davam etdirirlər.

 

Şəhid ailələri, qazilər, müharibədən fiziki mənəvi əziyyət çəkən insanlarla yanaşı, cənub bölgəsinin vətəndaşlarına da psixoloji yardım göstərilir.

 

FHN-nin psixoluqu Davud Sultanov Lənkəranda jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, iki həftə ərzində cənub bölgəsində 121 seans keçirilib, 150-yə yaxın müraciət olub 101 vətəndaş psixoloji yardım alıb. Müraciətlər əsasən Lənkəran, Masallı, Cəlilabad, Astara Yardımlı rayonlarından olub.

 

Humanitar aksiya mayın 5-dək davam edəcək.

 

Qeyd edək ki, bundan əvvəl FHN tərəfindən Gəncə Bərdə şəhərlərində vətəndaşlara psixoloji yardım göstərilib. Aprelin 12-dən etibarən isə ölkəmizin şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən erməni terrorundan fiziki mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyasına başlanılıb.

 

Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək istəyənlər FHN-nin “112” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

 

 

Azərbaycan. - 2021.- 16 aprel.- S. 4.