Mərkəzi ərzaq
anbarının bölgələrdə
yerləşən bölmələrində
yenidənqurma işləri
görülüb
Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş
hazırlığının yüksəldilməsi, maddi-texniki
təminatının və
sosial-məişət şəraitinin
yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən
həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə
yerləşən bir
bölməsində yenidənqurma
işləri görülüb.
Burada ərzaq məhsullarının qəbulu,
saxlanılması və
qoşunlara paylanılması
üçün lazımi
şərait yaradılıb.
Tez
xarab olan ərzaqların saxlanması
üçün 200 tonluq
soyuducu kamera, quru ərzaqların saxlanması üçün
ümumi tutumu 1000 ton olan saxlanc,
kartof və tərəvəzlərin saxlanması
üçün isə
ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzağının
saxlanması üçün
140 ton tutumu olan saxlanc binası
mövcuddur.
Bundan əlavə, ərazidə
quru ərzaqların saxlanması üçün
soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab
olan ərzaqların saxlanması üçün
200 tonluq saxlanc binası inşa edilib.
Hazırda bu istiqamətdə fəaliyyətlər davam
etdirilir.
Azərbaycan. - 2021.- 16 aprel.- S. 5.