Söz və
yüksək nüfuz sahibi
Tarixi qələbə
Azərbaycanın beynəlxalq mövqeyinin
güclənməsinə böyük
töhfə verdi
İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da son illərdə güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.
Bölgənin aparıcı dövləti
Bu gün Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.
Beynəlxalq Valyuta Fondunun “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağının proqnozlaşdırılması bunu deməyə əsas verir ki, Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi imkanları genişdir.
Məhz bu iqtisadi uğurların nəticəsidir ki, Azərbaycan son illərdə regionun lider dövləti olaraq qlobal layihələrin təşəbbüskarı və iştirakçısı, eləcə də bölgənin fəal aktoru kimi çıxış edir. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq bu mövqe daha da möhkəmləndirilmiş oldu.
İkinci
Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan
yeni reallıqlar Azərbaycanıın həm də beynəlxalq
siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi
üçün real zəmin yaratdı.
Ümumiyyətlə, Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verib. Prezident İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradıb.
İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq aləmdə dəstək qazanır
Dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və onların verdikləri tapşırıqları yerinə yetirirlər. Azərbaycan isə müstəqil siyasəti olan ölkələrin sırasındadır, inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib.
Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və
Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin
təşəbbüskarı və icraçısıdır.
Ölkəmiz Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizləri
layihələrinin fəal
iştirakçısı olaraq
hazırda digər mühüm layihələr
- Cənub-Qərb və
Şimal-Qərb layihələri
üzərində iş
aparır. Bununla da Azərbaycan
etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq
əməkdaşlığa dəyərli töhfə
verir.
Ölkəmizin daha da qüdrətlənməsi,
beynəlxalq nüfuzunun
artması, dünyanın
yeni çağırışlarına
cavab verən mütərəqqi islahatların
həyata keçirilməsi
yolunda qətiyyətli
addımlar atan Prezident İlham Əliyevin yürütdüyü
uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Elə,
təkcə dünyanı
çənginə alan qlobal pandemiya ilə mübarizə istiqamətində
Prezidentin gördüyü
tədbirlərə və
irəli sürdüyü
təkliflərə nəzər
yetirsək, bunu aydın şəkildə
görərik.
Pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə çağırış
edən İlham Əliyev çıxışlarında,
nitqlərində vurğulayır
ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya
dövlətlərinin ümumi
səylərini birləşdirməsindən
asılıdır. Yəni pandemiyaya
qarşı mübarizədə
ölkələrin birgə
fəaliyyəti, çoxtərəfli
əməkdaşlıq göstərməsi
təklifini də məhz İlham Əliyev irəli sürdü. Prezidentin BMT Baş
Assambleyasının xüsusi
sessiyasının çağırılması
təşəbbüsü dünyanın bir çox ölkəsi tərəfindən dəstəkləndi.
Göründüyü kimi, Azərbaycan Prezidenti regional və qlobal səviyyədə mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsi
məqsədilə əməli
addımlar atır. Bu, beynəlxalq təşkilatlar
tərəfindən təqdir
edilir, dəstək qazanır. Bununla da İlham Əliyev beynəlxalq əməkdaşlığın inkişafına mühüm
töhfə verməklə
Azərbaycanın dünya
birliyində nüfuzu,
dövlətlərarası münasibətlərdə çəkisi
artır.
Bir sözlə,
İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri
Azərbaycana böyük
uğurlar qazandırır. Bütün bunlar
isə göstərir
ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin
xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər
dəqiqliyi ilə nəzərə alır.
Bu fikrin doğruluğunu
İkinci Qarabağ müharibəsinin nəticələri
də təsdiq edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün
isə qalib dövlət kimi Azərbaycan qarşısında
çox böyük imkanlar açılıb.
İstər iqtisadi, istərsə
də siyasi proseslər Azərbaycanın
xeyrinə işləyir.
Azərbaycan postmüharibə dövrünə böyük
uğurlar qazanmağa
imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi
qədəm qoyub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 9 aprel.- S.1;3.