F.Ə.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycan musiqi sənətinin
inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə
görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 iyul 2021-ci il
Azərbaycan.-
2021.-1 avqust.- S.2.