Səccad Kərim: “Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir

 

Avropa İttifaqı (Aİ) Azərbaycan ilə çox yaxın əlaqələrin qurulmasında maraqlıdır. Aİ-nin Cənubi Qafqazda önəm verdiyi ən mühüm məsələlərdən biriregionda sülhün bərqərar olmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlər təqdirəlayiqdir. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir. Azərbaycan Prezidenti bu prinsipə əsaslanaraq hər bir dialoqa açıq, ölkəsinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən dövlət başçısıdır. Bu baxımdan Prezident İlham Əliyev dünyanın müdrik liderlərindən biridir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim deyib.

Yenidən Bakıda olmaqdan məmnunluq duyduğunu vurğulayan qonaq bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazdakı nümayəndə heyətinə 2019-cu ilədək beş il ərzində rəhbərlik edib. S.Kərim deyib: “O dövrdən indiyə qədər çox şey dəyişib. İnanıram ki, Azərbaycan- Avropa İttifaqı dialoqunun genişlənməsinə öz töhfəmi verəcəyəm”.

Qeyd edək ki, Səccad Kərim Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

 

Azərbaycan.- 2021.- 3 avqust.- S.2.