Azərbaycan
Türkiyəyə hər cür yardım göstərməyə
hazırdır
Azərbaycanın və Türkiyənin
xarici işlər nazirləri arasında telefon
danışığı olub
1 avqust 2021-ci il tarixində Azərbaycan
Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə
Türkiyə Respublikasının xarici işlər naziri
Mevlüt Çavuşoğlu arasında telefon
danışığı baş tutub.
Nazirlər Türkiyədə
baş verən meşə yanğınları,
yanğınların söndürülməsi əməliyyatları,
habelə həyata keçirilən xilasetmə işləri
ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan dövlət
başçısının tapşırığı ilə
Türkiyəyə göndərilən yardımla
bağlı, hər zamankı kimi, qardaş Türkiyənin
yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov, bundan sonra
da hər cür yardımı göstərməyə
hazır olduğumuzu vurğulayıb.
Nazirlər, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.
Azərbaycan.-
2021.-3 avqust.- S.3.