CQBK-nin texniki operatorluğunun
bp-dən SOCAR-a ötürülməsi prosesi
başa çatdı
Cənubi Qafqaz Boru Kəmərinin
(CQBK) texniki operatorluğunun
bp Exploration (Shah Deniz)
Limited şirkətindən SOCAR Midstream
Operations Limited şirkətinə ötürülməsi prosesi
başa çatıb.
CQBK təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə
və Avropaya ixracı üçün
nəzərdə tutulan
“Cənub qaz dəhlizi”nin dörd seqmentindən biridir. SOCAR Midstream Operations MMC
SOCAR-ın 100 faizlik törəmə müəssisəsidir.
Xatırladaq ki, texniki operatorluğun
ötürülməsi “Şahdəniz”
yatağının 2-ci fazası
və Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi layihələri
çərçivəsində Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabrında imzalanmış CQBK Boru Kəməri Payçılarının
Sazişinin yenilənmiş
variantında nəzərdə
tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi
layihəsi başa çatdıqdan bir il sonra
SOCAR-a boru kəmərinin
texniki operatorluğunu
öz üzərinə
götürmək hüququ
verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə
rəsmən CQBK-nin texniki operatoru olub. Həmin vaxtdan başlayan
keçid prosesi
2021-ci ilin iyulunda müvəffəqiyyətlə yekunlaşıb. COVID-19-un yaratdığı problemlərə
baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini səmərəli
şəkildə həyata
keçirmək üçün
sıx əməkdaşlıq
ediblər.
SOCAR prezidenti Rövnəq Abdullayev “Cənub qaz dəhlizi”nin bütün seqmentlərində SOCAR ilə
bərabər iştirak
edən bp şirkətinə səmərəli
əməkdaşlığa görə təşəkkür
etdiyini bildirmiş və demişdir: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR
kəmərin texniki operatorluğunu öz üzərinə götürür.
Bu, Azərbaycan dövlət şirkətinin
beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində
əldə etdiyi daha bir böyük
nailiyyətdir”.
bp-nin Azərbaycan,
Gürcüstan və
Türkiyə üzrə
regional prezidenti Qəri
Cons dəqiq və kompleks şəkildə həyata keçirilmiş
keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun
SOCAR-a uğurlu ötürülməsindən
məmnunluq duyduqlarını
bildirmişdir: “SOCAR kəmərin
kommersiya operatoru kimi öz zəngin
təcrübəsini ortaya
qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik
və təcrübə
ilə həyata keçirəcək. “Şahdəniz” və CQBK layihələrinin
ən böyük hissədarı olaraq, biz üzərinə düşən
yeni vəzifənin həyata keçirilməsində
SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı
davam etdirmək əzmindəyik və
SOCAR-a böyük uğur
arzulayırıq”.
SOCAR Midstream şirkətinin
icraçı direktoru
Fuad Əhmədov
CQBK-nin texniki operatorluğunu qəbul etməyin böyük məsuliyyət olduğunu
vurğulayaq demişdir:
“Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin
operatoru olduğu dövrdə nümayiş
etdirdiyi təhlükəsiz,
effektiv, ətraf mühit və cəmiyyət üçün
əlverişli fəaliyyətini
təmin etmək məqsədi ilə bp və digər
tərəfdaşlarla sıx
əməkdaşlıq etməkdə
davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə,
hissədarlara, əməkdaşlara
və kəmərin keçdiyi yerlərdə
yaşayan icmalara fayda verəcək”.
bp-nin Azərbaycan,
Gürcüstan və
Türkiyə ixrac boru kəmərləri üzrə sahə əməliyyat meneceri Eldar Qaziyev əməliyyat
təhlükəsizliyinə sadiqliyin və işçi heyətin yüksəkkeyfiyyətli bacarıqlarının
SOCAR-ın texniki operatorluğu dövründə
də davam edəcəyinə əmin
olduğunu bildirmişdir:
“Uğurlu keçidə
nail olmaq üçün
hər iki komandamızın nümayiş
etdirdiyi birgə iş mükəmməl tərəfdaşlıq və
sıx əməkdaşlığın
nümunəsidir. Biz keçidin kəmərin fəaliyyətinə təsir
etmədən təhlükəsiz
və rahat tamamlanmasına görə
xüsusi qürur duyur və bunu
mümkün etdikləri
üçün SOCAR və
bp komandalarına təşəkkür edirik”.
Qeyd edək ki, CQBK dünya səviyyəli boru kəməridir və 2006-cı ildən etibarən təhlükəsiz,
etibarlı və səmərəli şəkildə
fəaliyyət göstərməklə
Azərbaycan, Gürcüstan
və Türkiyənin
regional bazarlarına qaz
nəql edir. Kəmər Azərbaycanda
443 kilometr, Gürcüstanda
248 kilometr məsafə
boyu uzanır. Boru kəməri sisteminə həmçinin Azərbaycanda
iki kompressor stansiyası, Gürcüstanda
isə iki kompressor stansiyası və iki nəzarət-ölçü
qovşağı daxildir.
CQBKŞ şirkətinin
səhmdarları bp
(28,8 faiz), TPAO (19 faiz), SOCAR və Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
(16,7 faiz), PETRONAS (15,5 faiz),
LUKOIL (10 faiz) və
NICO (10 faiz) şirkətləridir.
Bu ilin birinci yarısında CQBK-nin gündəlik orta ötürücülük
gücü 46,51 milyon kubmetr qaz təşkil etmişdir.
“Şahdəniz-2” çərçivəsində
əlavə hasilat həcmlərini əhatə
etmək məqsədilə
CQBK sistemi Türkiyəyə
(ildə 6 milyard kubmetr) və Avropaya (ildə 10 milyard kubmetr) qaz ixrac etmək
üçün genişləndirilmişdir.
Kəmərin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya
qaz həcmlərinin nəqlinə başlamışdır.
2020-ci ilin dekabr
ayından başlayaraq
şirkət ilk dəfə
olaraq “Şahdəniz”
qazını Avropaya ixrac etmişdir.
Flora SADIQLI
Azərbaycan.
- 2021.- 4 avqust.- S.1; 3.