Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Eldəniz Adil oğlu
Səlimovun toxunulmazlığına xitam
verilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının
Milli Məclisi deputat Eldəniz Adil oğlu Səlimovun
toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına baxaraq, Azərbaycan
Respublikası Milli Məclisi İntizam komissiyasının bu məsələyə
dair rəyini nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 90-cı maddəsinin II
hissəsinə, Azərbaycan Respublikası Milli Məclisi
Daxili Nizamnaməsinin 22-ci maddəsinə, habelə “Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin
üçüncü hissəsinə əsasən qərara
alır:
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Eldəniz Adil oğlu Səlimovun
toxunulmazlığına xitam verilsin.
Azərbaycan Respublikası
Milli Məclisinin
sədri Sahibə Qafarova
Bakı şəhəri, 3 avqust
2021-ci il
Azərbaycan.-
2021.- 4 avqust.- S.2.