Əlaqələndirmə Qərargahının
iclasında işğaldan azad
edilmiş ərazilərdə
görülən işlərin icra vəziyyəti
müzakirə olunub
Bu gün işğaldan azad edilmiş ərazilərdə
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 2020-ci ilin
24 noyabr tarixli Sərəncamı ilə
yaradılmış Əlaqələndirmə
Qərargahının növbəti
iclası keçirilib.
AZƏRTAC- xəbər
veriri ki, iclası açan Qərargahın rəhbəri,
Prezident Administrasiyasının
rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin daim diqqət mərkəzində saxladığı
işğaldan azad edilmiş ərazilərin
bərpa və yenidənqurma prosesləri
ilə əlaqədar
verdiyi tapşırıq
və göstərişlərin,
aparılan işlərin
istiqamət və prioritetlərinin müəyyən
edilməsi baxımından
xüsusi əhəmiyyətini
vurğulayıb.
Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.
İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
İşğaldan azad edilmiş ərazilərin
yeni iqtisadi rayonlar bölgüsü nəzərə
alınmaqla, Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun
olaraq bərpası və yenidən
qurulması işlərinin sürətlə və yüksək
peşəkarlıqla aparılması üçün
bütün imkanların səfərbər
edilməsinin vacibliyi
vurğulanıb.
Azərbaycan.-
2021.-5 avqust.- S.2.