Azərbaycan daha bir beynəlxalq reytinqdə liderdir
Məlum həqiqətdir ki, müharibələr ölkələri
fəlakətə sürükləyir, onları ən ağır mənəvi və iqtisadi itkilərin məngənəsində boğur.
Azərbaycanın ərazilərinin
30 il işğal
altında qalması xalqımız üçün
hər cəhətdən
böyük itkilərə
səbəb olmuşdur.
Həmin müddət
ərzində dağıdılan
şəhər və
kəndlərin, talan edilən iqtisadiyyatın, məhv edilən infrastrukturun, yerlə yeksan edilən abidələrin dəyəri
milyardlarla ölçülür.
Ərazisi o qədər də böyük olmayan Azərbaycan üçün
bu itkilər əslində ən ağır fəlakətlərlə
nəticələnə bilərdi
və ölkəmiz birdəfəlik dibi görünməyən uçurumlara
yuvarlanardı, əgər
44 günlük Vətən
savaşında biz bu işğala son qoymasaydıq.
Bəli, Ali Baş Komandanın rəhbərliyi
ilə Ordumuz cəmi 44 günlük Vətən müharibəsində
düşməni darmadağın
edərək Qarabağdan
işğalçıları iti qovan kimi
qovdu. 30 ilə yaxın mifik qələbəsi ilə lovğalanmaqdan köynəyinə
sığmayan işğalçı
Ermənistan isə acınacaqlı vəziyyətə
düşdü. Və həmin
vəziyyət günü
bu gün də onu qarabaqara
izləyir.
Halbuki 1992-ci ildən üzübəri
erməni liderləri dünyaya qalib duruşlarının striptizlərini
yapmaqdan sonsuz zövq alırdılar.
Hamımız Petrosyanın,
Köçəryanın, Sarkisyanın
idbar “qalib” makiyajını yaxşı
xatırlayırıq. 44 günlük
müharibə isə
erməni siyasi elitasının bu qondarma “qürur”unun bəzəyini atdı, onun bütün
çalarlarını və
əsl cizgilərini göstərdi. Ermənistan məğlub edildikdən sonra bu ölkədə
həşərat kimi
qaynayan siyasi partiyalar indiyəcən bir-birini qırır, ittiham edir, bütün
dünyaya iqtisadi kollabsa düşdüklərini,
nə qədər gülünc görünsə
də, guya işğala məruz qaldıqlarını
car çəkir, arsızcasına
əl açaraq humanitar və hərbi yardım dilənirlər.
Ən qəribəsi odur ki, erməni faşizminə hələ
də sığal verib züy tutanlar tapılır. Belələri erməni faşizmini qınamır, onun erməni xalqını hansı fəlakətlərə
mübtəla etdiyini dilə gətirmir, əksinə, “zavallı tifil”lərə əmzik verib dizlərini yerdən qaldırmaq üçün milyardlar ayırırlar. Lakin
faşist ideologiyasının
əsarətinə düşən,
özlərini hamıdan
ali, müdrik
və qədim saymaqla yolunu azan bu dövlətə və ən başlıcası, erməni
xalqına belə yardımlardan daha çox həqiqəti dərk etmələri, faşist idelogiyasından birdəfəlik üz döndərmələri lazımdır.
Yalnız bu yolla “erməni xəstəliyi”ndən
xilas olmaq mümkündür.
Ermənistanın tənəzzülü ilə
Azərbaycanın intibahı
arasından möhtəşəm
mənəvi bir sədd keçir. Bu sədd iqtidar-xalq birliyi ilə hörülərək bizim
vətən, torpaq və bayraq sevgimizlə ucalıb.
44 günlük savaşda ən böyük tarixi qələbəmiz düşməni
məğlub etməyimizlə
yanaşı, bir-birimizə
bağlanmağımız, yumruq kimi birləşməyimiz,
iqtidarın və xalqın vəhdətindən
yaranan möhtəşəm
gücə nail olmağımızdır.
Bu birlik bizə
inamla irəli, yeni iqtisadi uğurlara
sarı addımlamağa
imkan verir.
Müharibə başa çatdıqdan sonra ölkəmiz iqtisadi islahatların yeni mərhələsinə
adlayıb. Bu gün
də, savaşdan öncə də olduğu kimi, sosial-iqtisadi, xüsusən
islahatlar sahəsində
uğurlarımız davam
edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
sonuncu “İslahat icmalı” bu baxımdan xüsusi maraq doğurur. Qeyd edək ki, bu
icmal Azərbaycanın
kağızsız ticarət
sahəsində regional liderliyinə
həsr olunmuşdur.
BMT-nin Asiya və
Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd
kağızsız ticarətə
hazırlığın qiymətləndirilməsi”
layihəsinin cari il üzrə sorğusunun nəticəsinə
görə, Azərbaycan
2019-cu illə müqayisədə
5 faiz artım nümayiş etdirərək ümumilikdə
86,02 faizlə
həm qonşu
(Rusiya 84,95, Gürcüstan
82,8, İran 77,42, Ermənistan
62,37, Türkiyə 86,02 faiz),
həm də MDB-yə üzv ölkələrlə müqayisədə
ilk yerdə qərarlaşmışdır.
Onu da diqqətə
çatdırmaq lazımdır
ki, bütün dünya üzrə ortalama göstərici
64,95, inkişaf etmiş
ölkələr üzrə
isə 81,86 faizdir.
“İslahat
icmalı”nda qeyd olunur ki, Prezident
İlham Əliyev tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsini verir. Belə
ki, “Rəqəmsal Ticarət Qovşağı”
portalının yaradılması
və “Rəqəmsal
Ticarət Qovşağı
kimi Azərbaycan Respublikasının mövqeyinin
gücləndirilməsi və
xarici ticarət əməliyyatlarının genişləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” Prezidentin fərmanından irəli gələn tapşırıqların
yerinə yetirilməsi
transsərhəd ticarət
prosedurlarının sadələşdirilməsinə
gətirib çıxarmış,
elektron və kağızsız ticarətin,
xüsusilə də transsərhəd kağızsız
ticarətin inkişafını
stimullaşdırmışdır. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət
alt indikatoru üzrə
2 il müddətinə
33 faiz artım əldə etmiş və bu sahənin
inkişaf sürətinə
görə qlobal səviyyədə öncül
müvqeyə sahib olmuşdur.
Gömrük sahəsində
aparılmış islahatlar
- “Yaşıl Dəhliz”,
“Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə”
elektron sisteminin yaradılması, gömrük
bəyannamələrinin elektron
qaydada doldurulması və sertifikatların elektron formada təqdim edilməsi, eləcə də gömrük rüsumları
və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda
ticarət prosedurlarının
sadələşdirilməsinə xidmət etməklə, reytinqdə də “tam icra” kimi qiymətləndirilərək
mövqeyimizin yaxşılaşdırılmasına
səbəb olmuşdur.
Eyni zamanda Azərbaycanın 20 fevral
2021-ci il tarixdən qüvvəyə minən
“Asiya-Sakit Okeanında
Sərhədlərarası Kağızsız Ticarətin
Asanlaşdırılması Çərçivə Sazişi”ni
imzalayan ilk dövlətlərdən
olması da qlobal müstəvidə ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına faydasını vermişdir.
Qısası, aydın
görünəni budur:
Azərbaycanın 30 illik
mübarizəsinin nəticəsi
olan 44 günlük
müharibədəki ildırım
sürətli qələbəsi
ölkəmizi və onun iqtisadiyyatını elə yeni mərhələyə
qaldırıb ki, onu etiraf etməmək mümkün deyil.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2021.- 6 avqust.- S.1; 6.