Prezidentlər Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin
müxtəlif sahələrinə aid məsələləri
müzakirə ediblər
Avqustun 5-də Fransa
Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.
Söhbət zamanı dövlət
başçıları 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanatdan
sonrakı dövrdə regional məsələlər və Bəyanatın
müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan
dövlət sərhədindəki vəziyyət və
postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin
möhkəmləmləndirilməsinə dair ətraflı
fikir mübadiləsi aparıblar.
Dövlət
başçıları söhbət əsnasında Azərbaycan-Fransa
ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə
aid məsələləri də müzakirə ediblər.
Azərbaycan.-
2021.-6 avqust.- S.1.