Milli Məclisin
sədri İran Prezidentinin andiçmə
mərasimində iştirak
edib
Avqustun 5-də İran İslam Şurası Məclisində
(parlamentdə) yeni seçilən Prezident İbrahim Rəisinin andiçmə mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə
73 ölkədən 115 rəsmi
şəxs, o cümlədən
10-a yaxın ölkənin
prezidenti, 20 ölkənin
parlament sədri, 11 xarici işlər naziri, həmçinin Avropa İttifaqının,
BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının
və digər beynəlxalq təşkilatların
təmsilçiləri qatılıblar.
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə
heyəti təmsil edib.
Nümayəndə heyətinə Azərbaycan
Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və
digər rəsmi şəxslər daxildir.
İran parlamentinin sədri Məhəmməd Qalibaf mərasimdə çıxış
edərək iyunun
18-də keçirilən prezident
seçkilərində İran
xalqının iradəsinin
ifadə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, İranın tarixində yeni səhifə açılır.
Ölkənin inkişafı üçün
bütün dövlət
qurumları daha da səmərəli çalışmalıdırlar. Lakin bu işdə əsas yük Prezident İbrahim Rəisinin rəhbərlik
edəcəyi hökumətin
üzərinə düşəcək.
İranın Ali Məhkəməsinin rəhbəri
Möhsün Eniji çıxışında seçkilərin
qanunauyğun və demokratik şəraitdə
keçirildiyini bildirib.
Prezident İbrahim Rəisi müqəddəs “Qurani-Kərim”ə
and içərək xalqa
ləyaqətlə xidmət
edəcəyini vurğulayıb. Yeni Prezident
ölkəsinin iqtisadi
inkişafı üçün
səylə çalışacağını
və korrupsiyaya qarşı kəskin mübarizə aparacağını
da diqqətə çatdırıb. Qeyd edib
ki, İranın böyük iqtisadi potensialı var və bu potensialdan
səmərəli istifadə
olunmalı, idarəetmə
müasir tələblərə
cavab verməlidir.
Ölkəsinin xarici siyasətindən danışan yeni Prezident İranın heç zaman münaqişə yaratmaq niyyətində olmadığını,
dünya dövlətləri
ilə bərabərhüquqlu
əməkdaşlıq əlaqələri
qurmaq istədiyini bəyan edib.
Azərbaycan.- 2021.-6 avqust.- S.2.