“Hərbi münaqişələr zamanı mədəni
dəyərlərin qorunması haqqında Konvensiya”nın
müddəalarının yerinə yetirilməsi üzrə
Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
Avqustun 5-də Azərbaycan
Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr
zamanı mədəni
dəyərlərin qorunması
haqqında Konvensiya”nın müddəalarının
yerinə yetirilməsi
üzrə Komissiyanın
yeni tərkibdə ilk
iclası keçirilib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
iclasda “Hərbi münaqişələr zamanı
mədəni dəyərlərin
qorunması haqqında
Konvensiya”nın müddəalarının
yerinə yetirilməsi
üzrə Komissiyanın
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 23
iyul tarixli 2796 nömrəli Sərəncamı
ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının
müvafiq Konvensiyanın
müddəalarının yerinə
yetirilməsinə dair
gördüyü işlər
və qarşıda duran vəzifələr müzakirə edilib.
Komissiyanın iclasında prioritet istiqamətlər üzrə
təkliflərin hazırlanması
ilə əlaqədar
tapşırıqlar verilib,
həmçinin Ermənistan
tərəfindən işğal
edilmiş və azad olunmuş ərazilərdə dağıdılmış
mədəni abidələrin
vəziyyəti ilə
bağlı beynəlxalq
təşkilatların məlumatlandırılması
istiqamətində aparılan
işlərin zəruriliyi
Komissiya üzvlərinin
diqqətinə çatdırılıb.
İclasda irəli sürülmüş
təkliflərə dair
Komissiya üzvləri
tərəfindən müzakirələr
aparılıb. İclasın yekunu olaraq Komissiyanın fəaliyyətinin
təmin edilməsi məqsədilə aidiyyəti
qurumların nümayəndələrindən və sahə
üzrə ekspertlərdən ibarət İşçi
Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının
hazırlanması istiqamətində tədbirlər
görülməsi qərara alınıb.
Azərbaycan.- 2021.-6 avqust.- S.2.