Quru Qoşunları
Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin göstərişinə
əsasən, Azərbaycan
Ordusunda aparılan islahatlar çərçivəsində
müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Azərbaycan Respublikasının
Prezidentinin Quru Qoşunları Komandanlığının
yaradılması haqqında
müvafiq Sərəncamının
icrası məqsədilə
müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni
istifadəyə verilmiş
bir neçə hərbi obyektində olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan
büstü önünə
gül dəstələri
düzülüb, Ulu
Öndərin xatirəsi
dərin ehtiramla yad edilib.
Müdafiə naziri Quru Qoşunları
Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda
müasir ümumqoşun
döyüşü şəraitində
hərbi əməliyyatların
və qoşunların
avtomatlaşdırılmış idarəetmə sistemləri
üçün nəzərdə
tutulmuş məntəqələr,
həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.
Sonra müdafiə naziri komandanlığın
tərkibindəki idarələrin
inzibati binalarında, həmçinin əsgər
yataqxanası və atış şəhərciyində
yaradılan şəraitlə
tanış olub.
General-polkovnik
Z.Həsənov hərbi
hissələrin şəxsi
heyətinin sosial-məişət
və xidmət şəraitinin daha da yaxşılaşdırılması
üzrə müvafiq
tapşırıqlar verib.
Azərbaycan.- 2021.-6 avqust.- S.2.