Azərbaycanın və Türkiyənin XİN rəhbərləri
meşə yanğınları ilə bağlı vəziyyəti
müzakirə ediblər
Avqustun 5-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramovla
Türkiyə Respublikasının
xarici işlər naziri Mövlud Çavuşoğlu arasında
telefon danışığı
olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mövlud Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.
Azərbaycan.- 2021.-6 avqust.- S.3.