FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət
üçüncü qrup
Türkiyəyə yola düşüb
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də saat 11 radələrində qardaş ölkəyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi isə avqustun 5-də səhər saat 06 radələrində Türkiyəyə yola düşüb.
Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq Marmaris bölgəsində yanğınların söndürülməsinə çalışırlar. Azərbaycan yanğınsöndürənləri isti hava şəraitində mürəkkəb relyefli dağlıq ərazidə yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.
FHN-in 1 helikopter,
53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə
texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və
xilasedicidən ibarət yola düşən
ikinci qrupu iyulun 31-də qardaş
ölkəyə yola salınıb. İkinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində
Marmarisə çataraq birinci qrupun üzvlərinə
qoşulub. Yanğınsöndürmə
qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili
məqsədilə fövqəladə hallar
nazirinin müavini general-leytenant Etibar Mirzəyev
də Türkiyədədir.
Azərbaycan.-
2021.-6 avqust.- S.4.