Müdafiə naziri Kəlbəcərdə
döyüş növbəsi çəkən
şəxsi heyətlə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin tapşırığına
əsasən, Kəlbəcər
rayonunda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə
səfəri davam edir.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Ermənistan silahlı
qüvvələrinin bölmələri
ilə üzbəüz
mövqelərdə 3000 metr
yüksəklikdə döyüş
növbəsi çəkən
şəxsi heyətlə
görüşən general-polkovnik Zakir Həsənov müdafiənin
dayanıqlılığı, hərbi qulluqçuların
döyüş və
mənəvi-psixoloji hazırlığını
yoxlayıb, komanda-müşahidə
məntəqəsindən qarşı
tərəfin mövqelərini
izləyib.
Nazirə məruzə olunub ki, postda döyüş
növbətçiliyinin keyfiyyətli
təşkili və aparılmasını təmin
etmək məqsədilə
bütün lazımi
şərait yaradılıb.
Müdafiə naziri burada hərbi
qulluqçular üçün
yaradılan şəraiti
yüksək qiymətləndirərək
məmnunluğunu ifadə
edib.
Görüşdə hərbi qulluqçuların
sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən
işlər barədə
danışılıb və
bu işlərin bundan sonra da
davam etdiriləcəyi
diqqətə çatdırılıb.
Nazir döyüş qabiliyyətinin
daha da artırılması
ilə bağlı komandanlığa müvafiq
tapşırıqlar verib.
Azərbaycan.- 2021.- 7 avqust.- S.2.