Müdafiə naziri Kəlbəcər
rayonunda tikilməkdə olan
təlim poliqonuna baxış keçirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.
Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.
Müxtəlif
çaplı silahlardan təlim atəş
çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq
tapşırıqlarının icra
olunması üçün inşa edilən poliqonda
görülən işlərlə maraqlanan
nazir müvafiq
tapşırıqlar verib.
Azərbaycan.- 2021.- 7 avqust.- S.2.