Milli Məclisin
Sədri İran Prezidenti ilə görüşüb
İranda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova avqustun 6-da Prezident Seyid İbrahim Rəisi ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
Milli Məclisin sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin
üzvlərini salamlayan
Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak
etdiyinə görə
Azərbaycan nümayəndə
heyətinə təşəkkürünü
bildirib. O, Vətən
müharibəsində əldə
etdiyi Qələbə
münasibətilə Azərbaycan
dövlətini və
xalqını təbrik
edib. İran Prezidenti Azərbaycan
xalqına firavanlıq
və xoş günlər arzulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını
və təbriklərini
İran Prezidentinə
çatdırıb. S.Qafarova
bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına
həmişə böyük
diqqət yetirmiş və gələcəkdə
də bu əlaqələri dərinləşdirmək
niyyətindədir. Milli Məclisin
sədri qeyd edib ki, siyasi,
iqtisadi, mədəni,
humanitar sahələrdə
əməkdaşlığımız xalqlarımızın ümumi
mənafelərinə xidmət
edir. Parlamentlər səviyyəsində də əməkdaşlığımız
dövlətlərarası münasibətlərin daha
da möhkəmlənməsində
önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə
fəaliyyət göstərən
qarşılıqlı işçi
qruplarının üzərinə
böyük vəzifələr
düşür. Hər iki
ölkənin nümayəndə
heyətlərinin qarşılıqlı
səfərləri, aparılan
fikir mübadiləsi əlaqələrimizin daha
da möhkəmləndirilməsində
mühüm əhəmiyyətə
malikdir.
Milli Məclisin sədri diqqətə çatdırıb
ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin
inkişafında Azərbaycanla
İran arasında mövcud olan dövlətlərarası müştərək
komissiya uğurla fəaliyyət göstərir.
İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə
görə minnətdarlığını
bildirib, onun da salamlarını Azərbaycanın dövlət
başçısına çatdırmağı
xahiş edib.
Sonra görüşdə regional əməkdaşlığın
perspektivləri və
tərəfləri maraqlandıran
digər məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2021.-7 avqust.- S.3.