Azərbaycan ilə İraq arasında mədəniyyət sahəsində
əməkdaşlığın daha da genişləndirilməsi
müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət
naziri Anar Kərimov İraq Respublikasının ölkəmizdə
rəsmi səfərdə
olan rabitə naziri Arkan Şihab
Əhməd Əl Şaibani ilə görüşüb.
Mədəniyyət Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
qonaqları salamlayan nazir Anar Kərimov
ölkələrimiz arasında
münasibətlərin tarixi,
mədəni və dini bağlar üzərində inkişaf
etdiyini vurğulayaraq həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə
əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırkı səfərin ölkələrimiz
arasında qarşılıqlı
əlaqələrin genişləndirilməsi
ilə yanaşı, ümumilikdə Azərbaycan
və İraq arasında münasibətlərin
inkişafı baxımından
faydalı müzakirələrin
aparılması üçün
imkanlar yaratdığını
bildirib. 2011-ci ildə
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət
Nazirliyi arasında mədəniyyət sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumundan
söz açan nazir iki ölkə
arasında mədəniyyət
sahəsində əməkdaşlığın
möhkəmləndirilməsi və daha da
inkişaf etdirilməsinin
əhəmiyyətini qeyd
edib.
İraqın Azərbaycanın
ərazi bütövlüyünə
hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü
bildirən Anar Kərimov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistanın
təcavüzkar və
işğalçı siyasəti
nəticəsində Azərbaycan
mədəniyyətinə və
irsinə dəymiş
ziyan, vandalizm aktları barədə qarşı tərəfi məlumatlandırıb. Nazir İraqın
Azərbaycandakı səfirinin
işğaldan azad olunan ərazilərə səfərindən bəhs
edərkən həmin
ərazilərdə mədəniyyətlə
bağlı bütün
infrastrukturun, eləcə
də qəbiristanlıqlar,
məscidlər, xristian
abidələri və
digər məkanların
erməni işğalçı
qüvvələri tərəfindən
məqsədli şəkildə
dağıdıldığını diqqətə çatdırıb.
Əlavə edib ki, Azərbaycan dövləti
işğaldan azad olunan ərazilərdə geniş yenidənqurma və bərpa işlərini həyata keçirir. Həmin
ərazilərdə, o cümlədən
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində dini-etnik
mənsubiyyətindən və
xarakterindən asılı
olmayaraq bütün inanc yerlərinin qorunduğunu, İslam irsi ilə yanaşı,
xristian abidələrinin,
qədim kilsələrin
bərpasına başlandığını
qeyd edib.
Mədəniyyət Nazirliyinin
beynəlxalq tərəfdaşlarla
birgə başladığı
“Mədəniyyət naminə
sülh” (Peace4Culture) qlobal
kampaniyasından danışan
nazir əsas məqsədin Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
mədəniyyətə qarşı
törədilmiş soyqırımın,
habelə ölkəmizin
işğaldan azad olunmuş ərazilərində
sülhün bərqərar
olması ilə mədəniyyətin və
həyatın dirçəlməsinin
başqa regionlara da nümunə ola biləcəyinin
dünyaya çatdırılması
olduğunu bildirib.
Qəbula görə təşəkkürünü
bildirən İraqın
rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin
mövcud inkişaf səviyyəsindən məmnunluğunu
ifadə edib. Ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin genişləndirilməsini
təmin etmək məqsədilə Azərbaycan
Respublikası Hökuməti
və İraq Respublikası Hökuməti
arasında ticarət,
iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın keçiriləcək
iclasından söz açan nazir əməkdaşlığın genişləndirilməsi imkanları
barədə fikirlərini
səsləndirib.
Nazir A.Şihab qədim sivilizasiyaların məkanı
olan İraqda tarixboyu çoxsaylı müharibələrin olduğunu,
bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya
məruz qaldığını,
mədəni irsə dair sənədlərin oğurlandığını vurğulayaraq
bu baxımdan Azərbaycanın qarşılaşdığı
vəziyyəti aydın
şəkildə anladığını
bildirib.
Nazir Anar Kərimov görüş
zamanı İraq Respublikasının mədəniyyət
nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə
Azərbaycan xalqının tarixi-mədəni
bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası
məsələlərinə də toxunub.
Görüş ölkələr arasında
mədəniyyətin müxtəlif
sahələrində təcrübə
mübadiləsinin əhəmiyyəti,
habelə əməkdaşlığın
gələcək perspektivlərinin
müzakirəsi ilə
davam edib.
Azərbaycan.- 2021.-7 avqust.-
S.3.