Yazıçının həyat və
yaradıcılığına həsr olunmuş
tədbir keçirilmişdir
Xatirə gecəsi
Goranboy rayonunun
30 ilə yaxın düşmənlə üz-üzə
dayanmış Tap Qaraqoyunlu
kəndində doğulub
boya-başa çatmış
və maraqlı əsərləri ilə oxucuların sevimlisinə çevrilmiş tanınmış
yazıçı, şair,
publisist İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr
olunmuş “Gecə keçir” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakmiyyətinin başçısı Məhərrəm Quliyev açaraq 44 günlük tarixi, şanlı müharibədə qəhrəman goranboyluların göstərdikləri şücaətdən və bir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən danışmış, hətta düşmənlə üz-üzə dayanmış Tap Qaraqoyunlu kənd sakinlərinin şiddətli döyüşlər zamanı öz evlərini tərk etməməsinin böyük vətənpərvəlik nümunəsi olduğunu qeyd etmişdir.
Sonra yazıçının qələm dostları-Azərbaycan Yazıçılar Birliyi gənclər şurasının sədri Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və başqaları görkəmli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox əsərlərin, hekayə, felyeton, novella, oçerk, şeir, poema və povestlərin müəllifi olan İsmayıl Qarayevin həyat və yaradıcılığı haqqında düşüncələrini bölüşmüşlər. Musiqili kompozisiyalarla davam edən tədbirin sonunda qonaqlar yazıçının portretinə xatirə imzaları atmışlar.
Sabir ƏLİYEV
Azərbaycan.- 2021.- 13 avqust.- S. 6.