Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ə.F.Əlizadənin eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2021-ci il

 

Azərbaycan.- 2021.-8 avqust.- S.2.