B.S.Hüseynovun Azərbaycan
Respublikasının İran İslam Respublikasında fövqəladə və
səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı
yanında daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust
2021-ci il
Azərbaycan.- 2021.-8 avqust.- S.2.