Əməkdaşlıq və ikitərəfli əlaqələrin
inkişaf perspektivləri müzakirə edilib
Avqustun 9-da Bolqarıstan
Respublikasının Prezidenti
Rumen Radev Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
telefonla zəng edib.
Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.
Bolqarıstanın dövlət
başçısı Azərbaycan Prezidentini
ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə
minnətdarlıq ifadə edərək, bu
səfərin münasib vaxtda
həyata keçiriləcəyini bildirib.
Azərbaycan.- 2021.- 10 avqust.- S.1.