Vaksinasiya ilə yanaşı, tələb edilən qaydalara riayət olunmalıdır

 

Koronavirus yenidən meydanını genişləndirməkdə, aldığı canların sayını artırmaqda davam edir. Dünyada bu təhlükəli virusa yoluxanların ümumi sayı 203 milyon 500 min nəfərə yaxınlaşır. Koronavirus səbəbindən 4 milyon 307 mindən çox insan həyatını itirib.

 

Vəziyyət narahatlıq doğurur

 

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransadır. Bu ölkələrdə koronavirusdan vəfat edənlərin sayı da yüksəkdir. Sərhəd qonşularımız arasında COVID-19-dan ən çox ölüm ardıcıl olaraq Rusiya, İran və Türkiyədə qeydə alınıb. Son günlər qonşu ölkələrdə koronavirus xəsətələri arasında ölüm göstəriciləri yenidən artıb. Hətta Rusiyadaİranda COVID-19-dan ölənlərin sayında rekord göstərici qeydə alınıb.

Azərbaycanda da vəziyyət dəyişib. Virusa gündəlik yoluxmadaölüm sayında artım davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, koronavirus infeksiyasına yoluxanların sayı 1000-dən çoxdur. Yoluxma səbəbindən vəfat edənlərin ümumi sayı isə artıq 5 mini ötüb.

Dünyanın bu yüksələn statistik göstəricilər qarşısında hansı tədbirlərə əl atacağı, karantin qaydalarının yenidən sərtləşdirilə biləcəyi ilə bağlı suallar yarandığı bir vaxtda bəzi ölkələr yenidən məhdudiyyətlərə qayıdıb. Məsələn,  İsraildə koronavirusa yoluxmaların artması səbəbindən məhdudlaşdırıcı tədbirlərin bir qismi yenidən qüvvəyə minib. Qapalı və ya açıq məkanlarda keçirilən tədbirlərə giriş üçün “yaşıl keçid sisteminin tətbiqinə başlanılıb.

Həmin sistemə görə, tədbirlərə qatılmaq istəyənlərin vaksin sertifikatı, COVID-19-dan sağaldığını göstərən sənədi və ya son 72 saat ərzində verilmiş mənfi nəticəli PCR testi cavabı olmalıdır. Həmçinin açıq və ya qapalı məkanlarda 100 nəfərdən çox şəxsin qatıldığı tədbirlərdə maska taxmaq məcburidir. Nazirliklərin əməkdaşların 50 faizi ilə işləməsi də qərarlar sırasındadır.

 

Laqeydliyin acı nəticələri...

 

Koronavirusa görə yenidən yoluxmaölüm sayının artdığı bir vaxtda hər gün rastlaşdığımız mənzərələr bir çoxlarının həm özünün, həm da ətarfındakı insanların həyatına, sağlamlığına laqeyd yanaşdığını göstərir. Şəhərdə hərəkət edən   avtobusların bir çoxunda sərnişinlər də, sürücülər də maskadan ya, ümumiyyətlə, ya da doğru istifadə etmirlər. Metroda da vəziyyət, demək olar ki, eynidir. Burada da sərnişinlərın əksəriyyəti metro stansiyalarında və vaqonlarda maskanı tələb olunan qaydada taxmırlar. Məsafə saxlamaq da yada düşmür. Eyni mənzərələrlə hər gün alış-veriş mərkəzlərində də qarşılaşırıq. Bir sözlə, maska taxmağın, məsafə saxlamağın vacib olduğu qapalı məkanlarda qaydalara əməl etməyənlərin sayı əməl edənlərdən qat-qat çoxdur.

Əlbəttə, qızmar yay günlərində maska taxmaq çətindir. Ancaq hər gün yüksələn statistikaya laqeyd yanaşmağın acı nəticələri də hər kəsə məlumdur. Sadə qaydalara etinasız münasibətin böyük bəlalara yol açdığını bilirik. Digər tərəfdən, nəzərə almalıyıq ki, ətrafımızda risk altında olan, yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar var. Qaydalara laqeyd yanaşmaqla onların yoluxma riskini yüksəltmiş oluruq.

Hazırda bütün dünyada insanların sağlamlığını təhdid edən virusa qarşı mübarizənin yolları axtarılır. Mütəxəssislər araşdırmaları davam etdirirlər. Bu qlobal bəlanın qurbanı olmamaq üçün gigiyenik qaydalara riayət etmək, maska taxmaq, məsafə saxlamaq hələ də əhəmiyyətli məsələ kimi diqqət mərkəzindədir. Digər vasitə isə vaksinasiyadır ki, əksər ölkələrdə bu proses də həyata keçirilməkdədir.

 

Vaksin vurulan ölkələrin siyahısında Çin birincidir

 

Dünya üzrə koronavirusa qarşı vurulan peyvəndlərin ümumi həcminin 4 milyard 430 milyon dozanı keçdiyi bildirilib. “Ourworldindata.org” bu barədə məlumat verib. Bildirilib ki, ən çox vaksin vurulan ölkələrin siyahısında böyük üstünlüklə birinciliyini davam etdirən Çindir. Bu ölkədə istifadə olunan vaksinlərin həcmi artıq 1 milyard 770 milyon dozaya çatıb.

Məlumata görə, Çini 506 milyon 810 min ilə Hindistan, 350 milyon 630 min ilə ABŞ, 151 milyon 710 min ilə Braziliya, 99 milyon 650 min ilə Yaponiya, 94 milyon 680 min ilə Almaniya, 86 milyon 210 min ilə İngiltərə, 76 milyon 470 min ilə Fransa, 76 milyon 64 min ilə Türkiyə, 73 milyon 150 min ilə İndoneziya, 71 milyon 650 min ilə Meksika, 71 milyon 420 min ilə İtaliya, 65 milyon 890 min ilə Rusiya 58 milyon 540 min ilə İspaniya izləyir.

Azərbaycnda da vaksinasiya prosesi uğurla həyata keçirilir. Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb.

Artıq ölkəmizdə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərəƏks-göstəriş sertifikat”ının verilməsinə başlanılıb. Əks-göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşaƏks-göstəriş sertifikat”ı veriləcək.

Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda qeyd olunmuşdur: “Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2021.- 10 avqust.- S.1, 5.