Əlvida, Tokio!
Salam, Paris!
Avqustun 8-də Bakı
vaxtı ilə saat 15:00-da Yaponiyanın Tokio şəhərindəki
Milli Olimpiya Stadionunda XXXII Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış
mərasimi keçirilib.
Əvvəlcə meydana Yaponiyanın dövlət bayrağı
gətirilib. Yaponiyanın dövlət himninin
müşayiəti ilə
dövlət bayrağı
qaldırılıb.
“Tokio-2020”də iştirak edən ölkələrin bayraqları
meydana gətirildikdən
sonra Olimpiya Oyunlarının maraqlı
anlarının əks
olunduğu videoçarx
nümayiş etdirilib. Yarışların mükafatçılarının meydana gəlişi maraqlı anlarla yadda qalıb.
Tokio Milli Stadionunda başlanan atəşfəşanlıqdan yaranan işıq zərrələri yağış
şəklində meydana
yağaraq Olimpiya Oyunlarının əsas rəmzi sayılan beş halqanı
əmələ gətirib.
Yaponiyanın məşhur “Tokyo Ska Paradaise” orkestrinin ifasında səslənən əyləncəli
musiqinin sədaları
altında müasir rəqslər ifa edilib.
Olimpiya Oyunlarının vətəni
sayılan Yunanıstanın
dövlət bayrağı
qaldırılıb və
dövlət himni səsləndirilib.
Sonra marafon yarışının
qalibləri mükafatlandırılıblar. Əvvəlcə
qadınlar arasında
marafon yarışının
qalibi keniyalı Peres Jepcircir, ikinci yeri tutan onun
həmyerlisi Brigio Kosqey və üçüncü yerin
sahibi ABŞ idmançısı
Molli Seydelə mükafatları Beynəlxalq
Olimpiya Komitəsinin
(BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının
prezidenti Sebastian Koe təqdim ediblər.
Sonra kişilər arasında marafon yarışının
qaliblərinə mükafatlar
təqdim olunub. Qızıl medala
Keniya idmançısı
Eliud Kipçoqe sahib olub. İkinci yeri niderlandlı
Abdi Naqiay, üçüncü yeri
isə Belçika idmançısı Bəşir
Abdi tutub. Medalları mükafatçılara BOK-un vitse-prezidenti
Anita DeFrantz və Beynəlxalq
Atletika Federasiyasının
prezidenti Sebastian Koe təqdim ediblər.
BOK-un Atletlər
Komissiyasının yeni
seçilmiş üzvlərinin
təqdimatından sonra
böyük yarışların
ayrılmaz hissəsi olan könüllülərin
bir qismi səhnəyə dəvət
olunub və mükafatlandırılıblar.
Yaponiyanın ayrı-ayrı prefekturalarının
nümayəndələri tərəfindən
ifa edilən milli rəqslərin əks olunduğu videoçarx maraqla qarşılanıb. Yakuta və kimono geymiş
iştirakçıların meydanda canlı ifa etdiyi “Bon Odori” milli rəqsinə
Olimpiya Oyunlarının
mükafatçıları da qoşulublar.
Tokionun qubernatoru Koike Yuriko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Baxın iştirakı
ilə BOK-un bayrağı
endirilib.
Xanım Koike Yuriko Olimpiya bayrağını
BOK-un prezidenti Tomas Baxa,
o isə 2024-cü ildə
növbəti Olimpiadaya
evsahibliyi edəcək
Paris şəhərinin meri
Ann İdalqoya təqdim
edib. Fransanın dövlət himni
səsləndirilib. Fransa ilə
qurulan birbaşa bağlantıda Paris sakinlərinin,
idmançıların Olimpiada
estafetini qarşılamağa
hazır olduğu əksini tapıb.
Mərasimdə çıxış
edən “Tokio-2020”nin təşkilat
komitəsinin sədri
xanım Seyko Haşimoto və BOK-un prezidenti Tomas Bax Olimpiadanın yüksək
dostluq şəraitində
keçdiyini, koronavirus
pandemiyasına baxmayaraq, Tokionun yeni tarix yazdığını
və yarışın
uğurlu təşkil
olunduğunu diqqətə
çatdırıblar.
BOK prezidenti
Tomas Bax “Tokio-2020” Olimpiya
Oyunlarını bağlı
elan edib.
Məlumatı AZƏRTAC
yaymışdır.
Azərbaycan.- 2021.- 10 avqust.- S.7.