Bu yollar o yollardan deyil
Yeni yollar Qarabağın şəhər və kəndlərini bir-birinə
daha sıx bağlayır
Yollar inkişaf
göstəricisidir. Bu baxımdan
yollarının keyfiyyətinə
və müasirliyinə
görə hətta Avropanın bir sıra ölkələrini
geridə qoyan Azərbaycanın dünyada
öncüllər sırasında
dayanmağa haqqı
var. Biz həm də dəmir yollarının, hava və su
nəqliyyatının inkişaf
göstəricilərinə görə fərqlənirik
və bunu öz hesabatlarında mötəbər beynəlxalq
maliyyə təşkilatları
və Davos Ümumdünya İqtisadi
Forumu da təsdiq edir.
O da diqqətçəkən
faktdır ki, Azərbaycanın bu sahədəki inkişafını
nə pandemiya, nə də İkinci Qarabağ savaşı ləngidə
bildi. Əksinə, bu gün təkcə işğaldan
azad olunan ərazilərdə 3 beynəlxalq
əhəmiyyətli hava
limanı tikilir, dağlıq yerlərdə,
çətin relyef şəraitində dəmir
yolu xətti çəkilir. Sözsüz ki, işğaldan azad edilən hər şəhər və kəndlərin bərpasında ən önəmli rolu avtomobil yolu oynayacaq. Bu səbəbdən
də hazırda həmin ərazilərdə
avtomobil yollarının
çəkilməsinə daha
çox diqqət göstərilir. Azərbaycan Avtomobil
Yolları Dövlət
Agentliyi (AAYDA) tərəfindən
cari ilin 6 ayı üzrə açıqlanan rəqəmlər
də bunu təsdiqləyir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə
avtomobil yollarının
çəkilişi sürətlə
davam edir. Prezidentin
13 mart 2021-ci il tarixli sərəncamına
əsasən, dövlət
büdcəsinin vəsaiti
hesabına 8 avtomobil yolunun layihələndirilməsi
və tikintisi işləri həyata keçirilir. Dövlət başçısının həmin sərəncama etdiyi 29 aprel tarixli dəyişikliklə
ayrılan vəsait hesabına isə 3 avtomobil yolunun tikintisinə də başlanıb.
Bunlardan ən qürurvericisi Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunmiş Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli ordumuzun istifadə etdiyi “Zəfər yolu”nun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Layihə uzunluğu 101,9 kilometr olan 2 hərəkət zolaqlı yolun cari ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Şuşa şəhərinə 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla, M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrindən başlayır. 4-6 hərəkət zolaqlı yolun uzunluğu 81,6 kilometr olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində hərəkətin yüksək sürəti təmin ediləcək.
Prezidentin tapşırığına uyğun olaraq, hələ müharibənin davam etdiyi müddətdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun təmir-bərpa işlərinə start verilmişdi. Yol cəmi 2 ay ərzində II texniki dərəcəyə uyğun yenidən qurularaq istismara daxil olmuşdur.
Hazırda isə Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” sərəncamına əsasən, Şuşa şəhərinə qeyd etdiyimiz 2 avtomobil yolunun (101,9 və 81,6 kilometr), eləcə də Toğana-Kəlbəcər-İstisu (83 kilometr), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,8 kilometr), Xudafərin-Qubadlı-Laçın (70 kilometr), Kəlbəcər-Laçın (73 kilometr), Füzuli-Hadrut (13 kilometr), Bərdə-Ağdam (45 kilometr), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 kilometr) yollarının, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (23 kilometr), həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 kilometr) yolunun tikintisi istiqamətində qızğın iş gedir.
Bundan başqa, Kəlbəcər işğaldan azad edildikdən sonra AAYDA-nın “55 ¹ li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə rayona gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirilmiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilmişdir. Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilmişdir. Bu il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün gəlişi və gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilmişdir.
Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Layihədə Murov dağının altından 23,4 kilometrlik avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə olunsun.
Digər obyektlərdə də layihələndirmə ilə paralel olaraq, ərazilər minadan təmizləndikdən sonra tikinti işləri aparılır.
Rüstəm
KAMAL
Azərbaycan.-2021.- 11 avqust.- S.1;5.